|
|
|
|
|
|
XƏBƏRLƏR |
|
|
 |
 07.05.2012 “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall” istifadəyə verilmişdir
Kompleksin açılışında Prezident İlham Əliyev iştirak etmişdir |
 |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 7-də “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall”un açılışında iştirak etmişlər.
Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidentinə və xanımına “Baku Crystal Hall”da görülən işlər, eləcə də müsabiqəyə hazırlıqla bağlı ətraflı məlumat verildi. Bildirildi ki, 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. Kompleksdə gələcəkdə başqa beynəlxalq tədbirlərin keçirilməsi də mümkündür. “Baku Crystal Hall”un əhəmiyyətini artıran mühüm amillərdən biri də |
|
|
|
|
 |
 07.05.2012 Azərbaycan Prezidenti İlham Əliyev Dənizkənarı Milli Parkın yeni tikilən hissəsinin açılışında iştirak etmişdir |
 |
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkın yeni tikilən hissəsinin açılışında iştirak etmişlər.
Dövlətimizin başçısı Dənizkənarı Milli Parkın yeni tikilən hissəsinin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidenti və xanımı elektromobillərlə yeni bulvarın ərazisini gəzdilər, burada yaradılmış şəraitlə tanış oldular.
Bakının əvəzsiz incilərindən olan Dənizkənarı Milli Park maddi mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, paytaxtın tarixi və müasir simasını təşkil edən xüsusi təbii kompleksdir. |
|
|
|
|
 |
30.04.2012 Dənizkənarı Milli Parkda möhtəşəm konsert - FOTO |
 |
Bakıda keçiriləcək “Eurovision - 2012” mahnı müsabiqəsinin başlanmasına artıq günlər qalır. Sanki hər gün bütün Avropanın ürəyi Azərbaycanda döyünür. Bu günlər bütün nəzərlər Qərblə Şərqin qovşağında yerləşən Bakıya dikilmişdir. Hamı sanki yeni bir möcüzəyə şahidlik etməyə hazırlaşır.
Cənubi Qafqazın ən güclü dövləti olan doğma Azərbaycanız öz qüdrətini, qonaqpərvərliyini, nəyə qadir olduğunu bir daha nümayiş etdirmək üçün qollarını bütün Avropaya açmışdır. Hamı o anın baş verəcəyi, o möcüzənin reallığa çevriləcəyi günü səbirsizliklə gözləyir. |
|
|
|
|
 |
28.04.2012 Bakı Dənizkənarı Bulvarında yenilik |
 |
Bakıda Dənizkənarı Bulvarda velosiped sürənlər üçün çəkilən xüsusi hərəkət xətti artıq hazırdır.
Bunu Trend-ə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib. Onun sözlərinə görə, bu hərəkət xətti bulvarın yeni uzadılmış hissəsindədir. Velosipedlərin hərəkəti üçün yol iki zolaqlı olacaq. Hər zolağın uzunluğu təxminən 2 kilometr olacaq.
Velosipedçilər ümumilikdə 4 km uzunluğu olan hərəkət zolağında maneəsiz hərəkət edə biləcəklər. Bu xətdən istifadə ödənişsiz olacaq. Bulvara velosipedlə gələn insan üçün xüsusi işarə də qoyulacaq. |
|
|
|
|
 |
27.04.2012 Bakı bulvarında qəribə, nəhəng su kranı - FOTO |
 |
Bakı bulvarında istirahət edən şəhər sakinlərini təəccübləndirib.
Belə ki, Milli Parkın ərazisində su kranı quraşdılıb. Məsələ ondadır ki, nəhəng kranın borusu yoxdur. Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun Anspress-ə verdiyi məlumata görə, su kranı fəvvarə formasındadır. Dairəvi hovuzun içərisində olan şəffaf şüşə borunun baş hissəsində su kranı quraşdırılıb. Müəyyən vaxtlarda şəffaf borunun üzərindən su axdığı üçün onun dayaqsız havada durduğu görüntüsü yaranır ki, bu da böyük marağa səbəb olur. |
|
|
|
|
Cənab Prezidentin Bulvara gəlişi |
|
|
 |
25.04.2012 Prezident İlham Əliyev general Həzi Aslanovun abidəsinin, Bakı funikulyorunun əsaslı şəkildə yenidən qurulması, Dağüstü Parkda İstiqlal muzeyinin inşası və Dənizkənarı Milli Parkın genişləndirilməsi ilə bağlı həyata keçirilən işlərin gedişi ilə tanış olmuşdur |
 |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin, Bakı funikulyorunun əsaslı şəkildə yenidən qurulması, Dağüstü Parkda İstiqlal muzeyinin inşası və Dənizkənarı Milli Parkın genişləndirilməsi ilə bağlı həyata keçirilən işlərin gedişi ilə tanış olmuşdur.
Prezident İlham Əliyevə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin təmiri, abidənin ətrafında həyata keçirilən abadlıq və quruculuq işlərinin gedişi barədə məlumat verildi. |
|
|
|
|
 |
03.04.2012 Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Meydanı və İdman-Konsert Kompleksində inşaat işlərinin gedişi ilə tanış olmuşdur |
 |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 3-də Dövlət Bayrağı Meydanı, onun ətrafında görülən abadlıq, quruculuq tədbirləri və İdman-Konsert Kompleksində həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olmuşlar.
Dövlətimizin başçısına layihə üzrə görülən işlər barədə məlumat verildi. Qeyd edək ki, Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı meydanınadək hissəsi 8 zolaqdan ibarət olacaq və ən müasir standartlara cavab verəcəkdir. Burada rahat gediş-gəlişi təmin etmək məqsədi ilə yol boyu piyada keçidlərinin inşa olunacağı
|
|
|
|
|
 |
19.03.2012 Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyi
Azərbaycan Prezidenti İlham Əliyev şənlikdə iştirak etmişdir |
 |
Azərbaycan xalqının ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə martın 19-da Bakıda ümumxalq şənliyi keçirilmişdir. Qədim Qız qalasının qarşısındakı meydan yenə də izdihamlı idi. Ətrafdakı binalar al-əlvan plakatlarla bəzədilmişdi. Meydanda Novruzun rəmzi olan nəhəng səməni də var idi.
Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. |
|
|
|
|
| |
|
|
|